"COVID-19 xəstələri ilə işin təşkili” mövzusunda vebinar keçiriləcək

28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda Vebinar keçiriləcək. SİA xəbər verir ki, onlayn formatda ZOOM platforması üzərindən həyata keçiriləcək tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək və interaktiv sual-cavab sesiyaları təşkil ediləcək.

Vebinar orta tibb personalı-tibb bacıları üçün nəzərdə tutulmuşdur. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.

Vebinarda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/1pMrrq2jRMhJzSmG7

Vebinarla bağlı detallı məlumat almaq üçün keçid edə bilərsiniz: https://customshospital.az/28-yanvar-2022-covid-19-xesteleri-ile-isin-teskili-orta-tibb-personalinin-diqqet-etmeli-oldugu-vacib-meqamlar/#gsc.tab=0

Bütün xəbərlər Facebook səhifəmizdə