İtaliya hökumətinin qərarı ilə işsizliyə görə müavinət yalnız vaksin sertifikatı olan şəxslərə veriləcək.
SIA-nın xəbərinə görə, Baş nazir Mario Draqinin imzaladığı sənəd fevralın 1-dən qüvvəyə minəcək.
Eyni zamanda, işədüzəltmə bürolarına yalnız peyvənd olunmuş şəxslər buraxılacaq.
Statistikaya görə ölkədə bu müavinət 1.3 milyon nəfərə verilir ki, onlardan 10%-dən çoxu vaksin olunmayıb. Qanuna görə, vətəndaş sosial yardımı hər ay şəxsən dövlət qurumundan almalıdır. Vaxtında müraciət edilmədikdə bu yardım ləğv olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB