Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) yanvarın 13-də 153 nəfər dünyasını dəyişib. (13 yanvar 2022)
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) yanvarın 13-də 153 nəfər dünyasını dəyişib.

SİA əldə etdiyi məlumata görə xəbər verir ki, bir gündə 410 min 116 test edilib. Gündəlik yoluxma sayı 75.564-dür.

Son 24 saatda sağalanların sayı 51.675-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 138 milyon 326 min 318-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə