MGH-nin həkim-rezidenti Güllüxanım Həsənli “Hamiləlik dövrü və Tiroid” mövzusunda ətraflı məlumat verib

MGH-nin həkim-rezidenti Güllüxanım Həsənli “Hamiləlik dövrü və Tiroid” mövzusunda ətraflı məlumat verib

Hamiləlik dövrü, qadın orqanlarının və bütün orqanizmin hamiləliyə görə yenidən formalaşdığı və sistem olaraq dəyişikliyə məruz

qaldığı dövrdür. Buna görə də hamiləlik dövrü ilə bərabər orqanizmdə müəyyən tələbatlar və vəziyyətlər meydana gəlir.Tiroid hormonu da hamiləlik dövründə lazım olan əhəmiyyətli hormonlardan biridir. Hamiləlik dövründə, tiroksin (T4) ehtiyacının artması, qalxanabənzər vəzin stimulyasiyası və hormon sintezi artım göstərir.Yoda təlabat artır və ananın qalxanabənzər vəzi müəqqəti olaraq stimulyasiya edilir. Qalxanabənzər vəzinin hormonları, triyodtrionin və tiroksindir.Tiroidhormonları, orqanizmin metobolik funksiyasını tənzimləyən hormonlardır.Qida maddələrinin ion metobolizmi tiroid tərəfindən tənzimlənir. Bundan başqa hüceyrə tənəffüsü, toxumaların böyüməsi, inkişafı, hormon,vitamin və total enerji istifadəsi də tiroid hormonu tərəfindən tənzimlənir. Orqanizmin və dayaq-hərəkət sisteminin ümumilikdə inkişafında da mühüm təsirə malikdir. Orqanizmimizdə meydana gələ biləcək hər hansı bir qanaxmanın qarşısını alan və ya hər hansı bir səbəblə başlayan qanaxmanı dayandıran amilə hemostaz deyilir. Orqanizmin hemostazının təmin edilməsi üçün tiroid hormonu qanda müəyyən intervalda olmalıdır.Orqanizmin hemostazını təmin edən normal qan intervalına eutiroid vəziyyət deyilir. Normal dəyərin yuxarı olmasına hipertiroid, normal dəyərin aşağı olmasına hipotiroid deyilir.

Tiroid hormonunun Hamiləlik üçün əhəmiyyəti.

Bütün döllərin 12-ci hamiləlik həftəsindən əvvəl ananın tiroid hormonuna ehtiyacları vardır. Bundan başqa,tiroid hormonu,mərkəzi

sinir sisteminin inkişafına əhəmiyyətli təsir göstərir.Tərkib etibarı ilə, tiroid hormonları həm hamiləlik baş verməsi həmdə sonrakı dövrdə əhəmiyyət kəsb edən hormonlardır. Hamiləliyin ilk üç ayında (birinci trimestr) və ikinci üç ayında (ikinci trimestr) anadan dölə kifayət qədər tiroid hormonu axımı olmazsa döl beyninin inkişafdan qalması olar bilir. Bu kifayət qədər təhlükəli və geridönüşüolmayan vəziyyətlərə səbəb olur. Anadan kifayət qədər tiroid hormonu ala bilməyən dölün beyin inkişafında əmələ gələn pozulma, beyin toxumasının zədələnməsi ilə nəticələnir.

Tiroid xəstəlikləri və Hamiləlik.

Tiroid xəstəliyi şəkərli diabetdən sonra hamiləliyə təsir edən ən vacib ikinci hormonal patalogiya olaraq bilinir.Bundan əlavə hamiləliklə bərabər orqanizmin fizioloji dəyişikliyi, tiroid xəstəliyinə bənzər vəziyyət yarada bilər və ya hamiləliklə bərabər, tiroid xəstəliyinin klinik gedişi dəyişə bilər. Hətta hamiləlik zamanı baş verən fizioloji dəyişiklik birbaşa olaraq tiroid vəzinin funksiyasına təsir edə bilər.Tiroidin funksional testləri də dəyişikliyə məruz qala bilir.Hamiləliyin xüsusilə ilk üç ayında, tiroid vəz stimulyasiya olunur və bu da göstəricilərdə artıma səbəb ola bilir.

Hipertiroidizm və Hamiləlik.

Qan dövranına tiroid hormonlarının miqdarının normadan artıq olmasına hipertiroidizm deyilir.Hamiləlikdə hipertiroidizmin rast gəlmə tezliyi 0.1-0.2% -dir. Hamiləlikdə qarşıya çıxan müalicə edilməmiş hipertiroidizmli xəstələr əsasən sonsuzluq müşahidə edilən xəstələrdir. Hipertiroidizmin anadakı ən bariz komplikasiyaları, hipertenziya və ürək çatışmazlığıdır.S imptomları hamiləlik əlamətlərinə oxşarlıq təşkil edir və əsasən, yuxusuzluq, ürək döyüntüsü, yorğunluq kimi özünü biruzə verir. Hamiləlikdə, hipertiroidizmin müalicə edilməsi, ilk öncə anada və döldə baş verə biləcək fəsadların qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir.Ümumilikdə hipertiroidizmin müalicəsində seçilə biləcək ilk müalicə üsulu medikamentoz müalicədir. Müalicənin məqasədi isə mümkün olan ən qısa müddətdə göstəricilərin normal səviyyəyə qayıtmasını təmin edib, busəviyyədə sabit saxlamaqdır. Bu səbəblə, hamilə qalmağı planlayan qadınlarda və hamiləliyin ilk aşkarlandığı gündən etibarən ilk üç ay (ilk üç trimestr) tiroid hormonsəviyyəsinin diqqətlə qiymətləndirilməsi lazımdır.İlk qiymətləndirilmə nəticəsində normadan kənar bir vəziyyətin müəyyən edilməsi halında daha dəqiq müayinə edilməsi lazımdır. Hipertiroidizm aşkar edilməsi zamanı müalicə başlanılmalıdır. Hipertiroidizmin hamiləlik üzərində mənfi təsirləriola bilir, lakin hipertiroidizm müalicə edildikdə bu təsirlərin aradan qalxdığı müşahidə olunmuşdur. Eyni şəkildə doğum sonrası bütün yenidoğulmuşlar , anadangəlmə hipotiroidizmin aşkar edilməsi məqsədilə müayinə edilməlidirlər. Bütün yenidoğulmuşlar müayinə edilməsə belə, hamiləlik zamanı maternal tiroid xəstəsi diqanozu qoyulmuş yenidoğulmuşlar üçün bu müayinə mütləqdir.

Hipotiroidizm və hamiləliyə təsiri

Qan dövranında tiroid hormonlarının normal intervalın aşağısında olmasına hipotiroidizm deyilir.Hamiləlikdə hipotiroidizmin rast gəlinmə tezliyi 1-2%-dir. Ailəvi tiroid xəstəliyin mövcud olması hipotiroidizmin rast gəlinmə ehtimalınıartırır.Eyni zamanda hipertiroidizmin müalicəsi nəticəsində də hipotiroidizm əmələ gələ bilər.Bütün bunlarla bərabər, radiasiyaya məruz qalmaq, yodçatışmazlığı vəya artıq miqdarda olması hipotiroidizmin inkişafına səbəb ola bilir. Hipotiroidizmlə əlaqədar olaraq əmələ gələn simptomlar ilə hamiləliklə əlaqədar əmələ gələn simptomlar əksərən oxşarlıq təşkil edir.Bu səbəblə, hipotiroidizmlə əlaqədar inkişaf edən simptomlar hamiləliksimptomları olaraq qiymətlənirilir və belə vəziyyətdə hamiləlikdəhipotiroidizmin gözdən qaçırılması halları ola bilər.Beləlikə diqanozun qoyulması çətinləşə bilir. Ana mənşəli hipotiroidizmin, ikinci üç aylıqda (ikinci trimestr) və əvvəlindəinkişaf etməsi halında dölün beyib inkişafında problemlərin yaranmasınasəbəb ola bilir. Daha sonrakı dövrdə hipotiroidizmin əmələ gəlməsi ,budövrdə əmələ gəlməsindən daha az zədəyə səbəb olur. Hipotiroidizmin müalicəsində məqsəd, hamiləni klinik və biokimyəvi olaraq normal qan göstəricilərini normal səviyyəyə gətirməkdir.Doğuşdan sonrakı 6-8 həftə içərisində tiroid funksiyalarına da baxılaraq müalicənin dozasını müəyyənləşdirilməli, daha sonra isə sistemli şəkildə olaraq nəzarət edilməlidir. Xüsusilə, hamiləliyin ilk üç ayında, yəni dölün hələ tiroid hormonu sintez etməyə başlamadığı zaman, tətbiq ediləcək müalicə döl inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə