Çində yeni növ koronavirusun (Covid-19) Omicron variantı aşkarlanan Tianjin şəhərində kollektiv testlərin ikinci raundunun tətbiqinə başlanıldığı bildirilib.
SİA xəbər verir ki, Tiencin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bu barədə məlumat yayıb. Bildirib ki, şəhərdə testlərin birinci mərhələsi tamamlandıqdan sonra, bu gün testlərin ikinci mərhələsinə keçilib.
14 milyon əhalisi olan şəhərdə indiyədək 12 milyon test aparılıb və bunlardan 7,8 milyonunun nəticəsi müəyyənləşib. Qeyd olunub ki, 2022-ci il Qış Olimpiya Oyunlarına (4-20 fevral) ev sahibliyi etməyə hazırlaşan paytaxt Pekindən təqribən 100 kilometr aralıda yerləşən şəhərdə sutka ərzində daha 33 yoluxma halı aşkarlanıb ki bunların hamısı Omicron variantıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB