"Omikron"a yoluxanlarda BU HALLAR BAŞ VERİR - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ
"İlk olaraq onu qeyd edim ki, hal-hazırda hər yerdə olduğu kimi, ölkəmizdə də adi qrip halları çox yayılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Taryel Eyvazov bildirib.
Onun sözlərinə görə, “Omikron” ştammının digər ştammlardan və qripdən fərqi odur ki, bu virus covid-19-dan fərqli olaraq nisbətən adi qripə daha yaxındır: “Burunaxma, öskürək, zökəm halları yeni ştammda özünü göstərir. Mən öz müşahidələrimdə görürəm ki, bu ştamma yoluxmuş xəstələr xəstəliyi nisbətən yüngül keçirirlər. Adi ümumi qripin əlamətləri bu ştammda özünü büruzə verir. Həmçinin digər ştammlara nisbətən daha tez keçir və hərarət çox yüksək olmur. Bir neçə xəstədə müşahidə etdiyimə görə hərarət 36 dərəcədən az olur. Yəni bu ştammda hərarət digərlərinə nisbətən az olur. Qeyd etmək istərdim ki, elə bir il olmayıb ki, o ildə epidemiya olmasın. Yəni mən bunun şahidi olmamışam. Hər zaman yeni növ viruslarla qarşılaşmışıq. Ona görə də adi qripin belə peyvəndləri var idi. “Omikron” ştammının qarşısının almaq üçün gərək bu ştammı müşayiət etsinlər. Ən əsası vaksinasiya prosesinə yönəlmək lazımdır. Yəni bunun qarşısını almaq üçün ən mühüm yol vaksinasiyadır. Bir də şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB