"Omicron" variantına qarşı yeni vaksin hazırlanır

"Omicron" variantına qarşı yeni vaksin hazırlanır

ABŞ-ın "Pfizer" əczaçılıq şirkəti İdarə Heyətinin sədri Albert Bourla yeni növ koronavirusun (Covid-19) yüksək yoluxucu "Omicron" variantına qarşı hazırladıqları peyvəndin mart ayında hazır olacağını, bu səbəbdən hazırda istifadə edilən peyvəndlərin dördüncü dozasına ehtiyac olacağını düşünmədiyini bildirib.

SİA xəbər verir ki, Bourla bu barədə Amerikanın "CNBC" kanalında açıqlama verib.

O, "Dördüncü xatırladıcı dozaya ehtiyac olub-olmadığını bilmirəm, bunun sınaqdan keçirilməsi lazımdır" deyib.

Bourla "Covid-19" peyvəndinin "Omicron" və digər variantlara qarşı təsirli olan yeni versiyası üçün araşdırmaların davam etdiyini söyləyib.

"Moderna" şirkətinin meneceri Stiven Bansel keçən həftə verdiyi açıqlamada hazırda tətbiq olunan gücləndirici dozaların effektivliyinin 2022-ci ilin payız aylarında azalacağını və başqa bir peyvənd dozasına ehtiyac olacağını söyləmişdi.

"Moderna" noyabr ayında "Omicron" variantı üçün xüsusi xatırlatma dozası hazırlayacağını elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə