İtaliyada peyvənd olunmayanlar üçün yeni qaydalar..

.
İtaliyada peyvənd olunmayanlar üçün yeni qaydalar..

İtaliyada pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər çərçivəsində yanvarın 10-dan etibarən peyvənd olunmayanlar üçün məhdudiyyətlər qüvvəyə minib.

SİA xəbər verir ki, ictimai nəqliyyatda, mehmanxanalara, muzeylərə, bir çox məkanlara girişdə, eləcə də bəzi xidmətlərdən istifadə üçün “Super yaşıl keçid kartı” tələb olunacaq. Bu sənədi olmayanlar yalnız şəxsi avtomobilləri və ya sərnişin tutumu məhdudlaşdırılan taksilərlə səyahət edə biləcəklər.

Həmin sənəd yalnız peyvənd edilmiş və ya COVID-19-dan sağalanlara verilir. Testdən keçmək bu sənədi almağa kifayət etmir.

“Super yaşıl keçid kartı” tətbiqi ötən aydan etibarən qüvvəyə minib, restoran və kinoteatrlara daxil olarkən bu sənəd tələb edilir.

İctimai nəqliyyatda “Super yaşıl keçid kartı” tələbi yalnız kiçik adalarda tətbiq olunmayacaq. Belə ki, adalarda yaşayanların zərurət olduğu təqdirdə digər şəhərlərə və ya adalara daxil olmaq üçün nəticəsi mənfi olan COVID-19 testini göstərərək fevralın 10-dək ictimai nəqliyyatdan istifadə edə biləcəklər.

Peyvənd olunmayanlar üçün yeni məhdudlaşdırıcı tədbirlər idman yarışlarını da əhatə edib. Komanda oyunlarında iştirak etmək üçün “Super yaşıl keçid kartı” məcburi olacaq. Həmçinin stadionlarda tamaşaçı tutumu 75 faizdən 50 faizə endirilib. A Seriyasının rəhbərliyi isə qarşıdakı 2 həftə ərzində matçlara maksimum 5 min tamaşaçı buraxılmasına icazə verib.

İdman mətbuatının məlumatına görə, A Seriyasında peyvənd olunan futbolçuların nisbəti 98 faiz civarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə