Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər dünyasını dəyişib.
SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 382 min 888 nəfərin test edildiyi, 54 min 724 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 26 min 561 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB