Koronavirusun daha yeni bir ştammı AŞKAR EDİLİB

Koronavirusun daha yeni bir ştammı AŞKAR EDİLİB

Fransanın Marsel şəhərində İnfeksion Xəstəliklər İnstitutunun (İHU) mütəxəssislərinin fikrincə, yeni SARS-CoV-2 mutasiyası aşkar edilib. SİA xəbər verir ki, alimlərin fikrincə, 12 nəfərdə COVID-19 testi “atipik” mutasiya göstərib və bu barədə MedRxiv elmi məqalələr portalı yazır.

Virusun yeni variantı B.1.640.2 olaraq təyin edilib. Bu, iİlk dəfə noyabr ayında Kamerundan qayıdan bir kişidə müəyyən edilibdir. Tədqiqatçıların dediyinə görə, genom analizi 46 mutasiya aşkar edib.

"Beləliklə, genom mutasiyalarının nümunəsi bizim "İHU" (universitetimizin adına istinad edərək) adlandırdığımız yeni variantı göstərir", deyə MedRxiv elmi məqalələr portalı yazır.

Xatırladaq ki, noyabr ayında Cənubi Afrikanın Botsvana şəhərində müəyyən edilmiş koronavirusun omikron ştammı hazırda Fransada yayılır. Mütəxəssislər qeyd edirlər ki, bu variant sünbül zülalının mutasiyaları ilə seçilir. Epidemioloqların və virusoloqların fikrincə, yeni ştam əvvəlkilərdən daha sürətlə yayılır. Ehtimal olunur ki, bu növ COVID-19 xəstəliyin əvvəlki ştamlarla müqayisədə daha az ağırlaşma gedişatına səbəb olur.

Diqqətə çatdıraq ki, bəzi ölkələrdə omikron artıq infeksiyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Fransada 2021-ci ilin son günlərində gündə 200 mindən çox müsbət test nəticəsi qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə