COVID-19 ilə bağlı vəziyyətin nə vaxt yaxşılaşacağı barədə İNFEKSİONİST AÇIQLAYIB

COVID-19 ilə bağlı vəziyyətin nə vaxt yaxşılaşacağı barədə İNFEKSİONİST AÇIQLAYIB

Qandemiyanın 2022-ci ildə bitməsi ehtimalı azdır. SİA xəbər verir ki, bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski RİA Novosti-yə açıqlayıb.

"2023-cü ildə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağını görəcəyik", deyə infeksionist bildirib.

Voznesenski qeyd edib ki, pandemiyaya son qoymaq üçün tibbi problemlə yanaşı, maliyyə, iqtisadi və geosiyasi məsələlər stabilləşdirilməlidir.

Xatırladaq ki, peyvənd COVID-19-dan qorunmağın ən etibarlı yolu olaraq qalır. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, koronavirusa yoluxanlar arasında peyvənd olunanların nisbəti dörd faizi kçmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə