Hər gün orta hesabla 1 milyon insan koronavirusa yoluxur

Hər gün orta hesabla 1 milyon insan koronavirusa yoluxur

"Covid-19" epidemiyasının ortaya çıxmasından iki il ötür. Bir-birinin ardınca bir çox variantı aşkarlanan koronavirus gündə orta hesabla 1 milyon insana yoluxur.
SİA xəbər verir ki, Avropada yoluxma halları artmaqda davam edir. Fransa, İngiltərə və İspaniyada epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Fransada epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb. Bir gündə 200 mindən çox yeni yoluxma aşkarlanıb. Yeni ildən Parisdə açıq havada maskalar məcburi olacaq. Şəhərdə Yeni il şənlikləri də qadağan edilib.
Yoluxma hallarının sayı günü-gündən artan digər ölkə isə İngiltərədir. Son 24 saatda gündəlik 190 minə yaxın hadisə qeydə alınıb.
İtaliyada bir gündə 126 mindən çox insan koronavirusa yoluxub. Ölkədə sağlamlıq vəsiqəsi kartının əhatə dairəsi genişləndirilir. Bu çərçivədə nəqliyyat sektoru, restoran, otel və idman zalları kimi ərazilərə girərkən şəxsin sağlam olduğunu göstərən kartın təqdim edilməsi məcburi olacaq. Qərar yanvarın 10-dan qüvvəyə minəcək.
İspaniyada isə epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb. 160 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.
Çinin Xian şəhərində karantindən sonra sərt tədbirlər görülüb. Şəhərdə xüsusi icazəsi olmayanların yemək almağa belə çölə çıxmasına icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə