Britaniyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib

Britaniyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 98 515 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 12 209 991 nəfərə çatıb.

Bundan əlavə, son sutka koronavirusdan 143 nəfər, hazırkı dövrədək isə 148 003 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə