Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 18.762-dir.(20 dekabr 2021)
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) dekabrın 20-də 176 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 351 min 253 test edilib. Gündəlik yoluxma sayı 18.762-dir.

Son 24 saatda sağalanların sayı 24.497-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 124 milyon 912 min 525 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə