"Omikron" variantına görə qorxmağa ehtiyac yoxdur - Professor Uğur Şahin

Almaniyada koronavirusa qarşı vaksin hazırlayan türkiyəli professor Uğur Şahin “Omikron” ştammı haqqında açıqlama verib. SİA "Haber Global"a istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Yeni “Omikron” variantına görə qorxmağa ehtiyac yoxdur. Çaxnaşmaya ehtiyac yoxdur. Bu variantda çoxlu müxtəlif mutasiyaların olduğunu bilirik. Bilirik ki, vaksin bu varianta daha az təsir edir, amma eyni zamanda da, xəstəliyin ağır təsirlərdən qoruyur”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, iki həftə sonra “Omikron” variantı ilə bağlı ümumi məlumat topladıqda qəti bir nəticəyə gələ biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə