Xərçəng peyvəndilə bağlı ümidli xəbər

Xərçəng peyvəndilə bağlı ümidli xəbər

“BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin inkişaf etdirdikləri xərçəng peyvəndilə əlaqədar ümidli olduqlarını dilə gətirib. SİA bu barədə türk mətbuatına istinad edir.

Xərçəng növlərinə qarşı laboratoriyada müsbət nəticələr əldə etdiklərini açıqlayan alim bu zamana qədər aparılan araşdırmalarda bir sıra xəstələrdə şişlərin kiçildiyini müşahidə etdiklərini söyləyib.

Doğru peyvənd kombinasiyası ilə qatı şişlərin də müalicə oluna biləcəyini deyən U.Şahin şişlərin yalnız kiçilməsini deyil, daha da kiçilmənin davamlı olmasını istədiklərini bildirib.

Bundan başqa, alim müalicənin etibarlılığına diqqət çəkərək proseslərin həyəcanverici olduğunu söyləyib.

Xərçəng müalicəsinə dair peyvəndin 3-4 il vaxt aparacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə