Qaydalara yeni dəyişikliklərin edilməsi təklif edilir

Qaydalara yeni dəyişikliklərin edilməsi təklif edilir

Tibb müəssisələrinin vergi ödəmə qaydalarına dəyişikliklərin edilməsi təklif edilir. SİA-nın məlumatına görə, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda tibb müəssisələri dörd fərqli sistemlə işləyir: “Birinci, TƏTİB-in nəznində fəaliyyət göstərən, Səhiyyə Nazirliyinin nəznində fəaliyyət göstərən, ayrı-ayrı dövlət qurumları nəznində fəaliyyət göstərən tibb müəssisələri və özəl tibb müəssisələri. Bunlar hamısı tibb müəssisələri olsa da onların vergi ödəmə qaydaları tam fərqlidir və ona görə də bunlar arasında vergi ödəmələrində böyük fərqlər yaranıb. Bu fərqin aradan qaldırlması məsələsinə baxılması məqsədəuyğun ola bilər” – deyə R.Mahmudov bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə