Bel ağrısının aşkar olmayan səbəbləri

Bel ağrısının aşkar olmayan səbəbləri

Məşhur vertebroloq Maksim Qonçarov bildirib ki, idman gəzintisi və velosiped sürmək bu xəstəliyin inkişafını dayandırmağa kömək edəcək.

Yüksək kateqoriyalı travmatoloq-ortoped, vertebroloq Maksim Qonçarov bel ağrısının indiyədək məlum olmayan səbəblərini açıqlayıb. O, bu barədə Sputnik radiosuna müsahibəsində bildirib.

Mütəxəssisin fikrincə, bel ağrıları bir cox amillərə görə baş verə bilər, buna görə də dəqiq diaqnoz qoymaq çətin olur. Məsələn, narahatlıq həmçinin nevroz səbəbindən də yarana bilər, ancaq bu, psixoterapevtik profil olduğu üçün bel ağrısını avadanlıqlar vasitəsi ilə müəyyən etmək mümkün olmur.

Bel ağrısına səbəb olan başqa bir səbəb isə insanın yastıayaq olmasıdır. "İstənilən yaşda olan insanlar bu halda ayaq üstə duranda beldə ağrı hiss edirlər. Bu, məhz belin onurğa bölməsində aydın olmayan ağrıdır", - deyə Qonçarov izah edib.

Ağrının ən çox görülən səbəbi osteokondrozdur. Mütəxəssis izah edib ki, 50 yaşa qədər bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 faizə yaxınlaşır. Beyin qan təchizatının pozulması, fəqərəarası yırtıq və radikulit osteoxondroza aid olan ağrılar sırasındadır. İdman gəzintisi və velosiped sürmək bu xəstəliyin inkişafını dayandırmağa kömək edəcəkdir.

Xatırladaq ki, anestezioloq, alqoloq Mark Qalperin bel ağrılarından xilas olmağın yollarını açıqlamışdı.

"Əgər yeriyirsinizsə və sağ tərəfinizdə ağrılar olarsa, o zaman ayağa qalxırsınız (mütləq əlinizlə bir yerdən tutmalısınız, yoxsa yıxıla bilərsiniz), sağ ayağınızı çarpaz şəkildə çəkməyiniz məsləhətdir", - deyə Qalperin bildirib. O, qeyd edib ki, ayaqları növbələşdirmək də olar.

Bütün xəbərlər Facebook səhifəmizdə