Əqrəb zəhərindən anti-koronavirus dərmanı hazırlanacaq

Əqrəb zəhərindən anti-koronavirus dərmanı hazırlanacaq

Dünyanı diz çökdürən koronavirus pandemiyası səbəbindən həyatını itirənlərin sayı 5 milyonu keçərkən, elm adamları ölümcül xəstəliyə qarşı qeyri-adi araşdırmaya başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yalnız Misir səhrasında tapılan əqrəb zəhəri koronavirusa qarşı dərmanların ümidinə çevrilib. 2019-cu ilin son günlərində ortaya çıxan və episentri Wuhan olan koronavirus, qlobal pandemiyaya çevrildikdən sonra bir an belə dünya gündəmindən düşməyib. Misir və Böyük Britaniya alimləri Misir səhrasında tapılan əqrəb zəhərinin yeni antikoronavirus dərmanları hazırlamaq üçün yaxşı başlanğıc nöqtəsi olub-olmayacağını müəyyən etmək üçün birlikdə işləməyə başladılar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə