Koronavirusun dördüncü dalğası yaxınlaşır? - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Koronavirus epidemiyası hələ bitməyib. Bəzi ölkələrdə hələ də güclü olan epidemiya ilə mübarizə davam edir. Lakin hazırda virusun yayılmasına nəzarət edən ölkələr belə növbəti dalğanın olacağından ehtiyat edirlər. Bir dalğanın bitdiyini söyləmək üçün virus nəzarət altına alınmalı və xəstəlik halları əhəmiyyətli dərəcədə azalmalıdır. Növbəti dalğanın nə zaman olacağı haqqında məlumatı həkim, infeksionist Namiq Nəbiyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq üçüncü dalğa keçib və dördüncü dalğa gözlənilir: “Bizdə yoluxma sayı digər ölkələrlə nisbətdə azdır. Ümid edirəm ki, ölkəmizdə belə təhlükəli vəziyyət yaranmaz. Virusun yüksəlməsi və azalması ilə bağlı olan nəticə noyabr ayının 15-20-dən sonra bəlli ola bilər”.

Həkim sözlərinə belə davam edib: “Bütün qorunma tədbirlərinə baxmayaraq, hal-hazırda yoluxma sayı artmağa doğru davam edir. Əsas xəstəliyin aşkarlanması deyil, xəstəlikdən sonra ölüm hadisələrinin baş verməsidir ki, bu son narahatedici rəqəmlərdən dolayı olur”.

“Gördüyümüz kimi, son zamanlar koronavirusdan ölüm halları 20-dən yuxarı rəqəmlərlə irəliləyir. Bu da əhali arasında narahatlıq doğurur. Noyabrın 15-20-i arası dördüncü dalğanın olması ilə bağlı şübhələrimiz var. Çünki, xəstəlik aqressivcəsinə davam edir. Ümid edirik ki, hər şey yaxşı olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə