Arıqlamağın 8 yolu hansılardır?

Sağlam və davamlı bir şəkildə arıqlamağın ideal yolu, yavaş və sabit bir sürətlə arıqlamaqdır. Əksər mütəxəssislər həftədə bir-iki kilo arıqlamağı hədəfləyirlər. Beləliklə, həftədə 1-2 kilo itirmək üçün nə edə bilərik?

Gündəlik vərdişlərinizə nəzər salaraq, daha az yemək və bol aktivliklə özünüzə vaxt ayırın.

Yeməklərdən birini atmaq asanlıqla 500 kalori boşluğunu yarada bilər, əlbəttə ki, bir sonrakı yeməkdə yediyinizə diqqət yetirməlisiniz.

Ya idmanla məşğul olun ya da istədiyiniz rəqs növü ilə. Dəvamlı olaraq məşğul olsanız bir müddət sonra nəticələrini görəcəksiniz.

Sağlam bir bağırsaq sistemi, qida dəyərlərinin bədəninizə ən ideal şəkildə alınmasını təmin edir və lazımsız kalorilərin atılmasını sürətləndirir.

Probiyotik mənbələri olan yaxşı bakteriyaları artırın.

Yüksək lifli qidalar istifadə edərək onları qidalandırın.

Həftədə 1-2 kilo itirmək üçün böyük fədakarlıqlara ehtiyac yoxdur, ancaq sağlamlığınız və daha asan arıqlamaq üçün bu siyahıdan imtina edə biləcəklərinizi seçin və dərhal həyatınızdan çıxarın.

Qazlı və turş içkilər

Hazır meyvə şirələr

Şirniyyatlar

İçkilərə şəkər tökmək

Yeməyə duz əlavə etmək

Qızartma yeməklər

Xəmir yeməkləri

Ağ çörək

Südlü şokoladlar

Fast food

Günəbaxan tumu

Popkorn

Bu zərərli vərdişlərdən birini həftə sonu üçün bir mükafat olaraq qarşınıza hədəf qoya bilərsiniz.

Qidalanma sistemini dəyişdirmək istəməyən insanlar üçün həftədə 1 kilo arıqlamaq mümkündür, amma bu bir az daha çətindir. Bunun üçün əlbəttə ki, hərəkəti artırmalı və yediyiniz kaloriləri yandırmalısınız.

Zumba və ya ip atlama kimi sıx kalorili yandıran idman növlərindən birinə başlamaq

Mümkün qədər liftdən və taksidən istifadəni azaldın.

Diyetinizi dəyişdirmək istəmirsinizsə, hər gün yediyiniz kaloriləri hesablayın və gün bitmədən onları yandırın.

Bütün bu kaloriləri yandırmaq üçün maddələr mübadiləsini sürətləndirmək olduqca faydalı ola bilər.

Maddələr mübadiləsini sürətləndirən bəzi üsullar var;

Çoxlu su içmək

Davamlı və tez-tez idman etmək

Az yemək və yavaş-yavaş çeynəmək

Pul bibər, qara bibər, zəncəfil, darçın kimi ədviyyatları istifadə etmək

bitki çayı içmək

limonlu su içmək.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə