Diqqət çatışmazlığı olan uşaqlar nə yaşayır?

Diqqət çatışmazlığı olan uşaqlar nə yaşayır?

Uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu, müalicəsi lazım olan əhəmiyyətli bir sinir inkişaf etdirmə xəstəliyidir. Uşağın həm sosial, həm də akademik həyatına təsir göstərir. Uşağın hərəkətləri onun şüurlu seçimi olmasa da, gələcəkdə bu xəstəlik səbəbiylə yetkinlik yaşında ciddi problemlərlə qarşılaşa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu uşaqlarda həm öyrənmə, həm də sosial münasibətlərə mənfi təsir göstərir. Bu mənada "uşağım yaramazdır, heç nəyə fikir verə bilmir, heç bir işi tamamlaya bilməz, məsuliyyət götürə bilməz" demək və qəzəblənmək və ya cəzalandırmaq doğru yanaşma deyil. İlk növbədə problemi anlamaq, diaqnoz üçün lazımi mütəxəssislərə müraciət etmək və mütəxəssislərin iştirakı ilə müalicə protokoluna başlamaq lazımdır. Üstəlik, DÇHP simptomları uşaqda 2-3 yaşında görünməyə başlayır.

Uşağın problemlərini anlamağa çalışın. Unutmayın ki, etdiyi şey onun şüurlu seçimi deyil, özünü idarə edə bilmir. Övladlarınızın inkişafı üçün lazım olan nizamı, sərhədləri və həyat çərçivəsini çəkməsinə kömək edin.

Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu olan bir uşağın həyatının bəzi sahələrində çətinliklər yaşadığını, xüsusilə məktəb mühitində əlaqələr qurmaqda və ya akademik uğur qazanmaqda çətinlik çəkdiyini qeyd edib. Gec oxumağı və yazmağı öyrənmək, sosial mühitdə özünü tənha hiss etmək, qəzəblənmək də bu xəstəliyin əlamətidir. Buna görə DÇHP olan uşaq əsasən bu problemlərlə mübarizə aparır:
Uşaq uzun müddət onu maraqlandırmayan şeylərə diqqət yetirməkdə çətinlik çəkir.
Eyni zamanda onu maraqlandıran bir şeydən diqqətini uzaqlaşdıra bilməz. Bu səbəbdən, qaydalara uyğun hərəkət etməli olduğu yerlərdə, düşündükləri kimi hərəkət etmə meyli ola bilər.

Özünü saxlaya bilmədiyi üçün ictimai harmoniyası pozula bilər. Ondan soruşulan və ya gözlənilən şeyi etməkdən çəkinə bilər. Bu, uşağın həyatında, evdə və məktəbdə, hətta idman və ya ictimai fəaliyyətlərdə çətinliklərə səbəb ola bilər.

Ətrafdan alacağı mənfi reaksiyalar səbəbindən tədricən "mənfi" şəxsiyyətini mənimsəyə bilər. Bu qavrayışı tənqidi davranışlarımızla gücləndirə bilərik.

Getdikcə özünə inamsızlıq və bədbəxtlik dözülməz hala gələ bilər. Başa dqşülmədiyini fikirləşən uşağın əsas əhval-ruhiyyəsi qəzəb və yorğunluqdur.

Qeyd edək ki, bütün bu problemlər adətən çox gənc yaşlarda ortaya çıxsa da, məktəb yaşında nəzərə çarpır.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə