Koronavirusa qarşı peyvənd istehsalçıları ölkəyə dəvət edilib BAŞ NAZIR TƏRƏFİNDƏN

Hindistanın baş naziri Narendra Modi, koronavirus peyvəndi istehsalçılarını ölkələrində işləməyə çağırıb. SİA xəbər verir ki, Modi şənbə günü Nyu -Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyasında çıxış edərkən bu dəvəti edib.

"Dünyanın hər yerindən peyvənd istehsalçılarını Hindistanda peyvənd istehsal etməyə dəvət edirəm", deyə Modi BMT Baş Assambleyasının 76-cı sessiyasında söyləyib.

O, Hindistanın koronavirusa qarşı dünyanın ilk DNT peyvəndi hazırladığını xatırladıb və digər peyvəndlərin də ölkədə hazırlandığını qeyd edib.

"BMT Təhlükəsizlik Şurasına bildirmək istərdim ki, Hindistan koronavirusa qarşı dünyanın ilk DNT peyvəndi hazırlayıb və bu peyvənd 12 yaşdan yuxarı hər kəsə tətbiq oluna bilər. Hindistanlı elm adamları, insanlıq qarşısında məsuliyyətlərini dərindən dərk edərək, koronavirusa qarşı burun vaksini hazırlamaq üzərində işləyirlər", deyə baş nazir əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl, Hindistan əczaçılıq firması “Cadila Healthcare”, virusun genetik materialının bir hissəsini istifadə edən, koronavirusa qarşı dünyanın ilk DNT peyvəndi olan ZyCoV-D peyvəndini təqdim edib. Vaksin COVID-19-un simptomatik hallarına qarşı 66.6%, orta dərəcəli xəstəliklər üçün 100% təsirli idi.
Üç dozalı ZyCoV-D peyvəndi Hindistanda təsdiq edilmişdir və 12 yaşdan yuxarı yeniyetmələri peyvənd etmək üçün istifadə edilə bilən ilk peyvənddir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə