Biontek vaksinin əks təsiri ortaya çıxıb

Biontek vaksinin əks təsiri ortaya çıxıb

Biontek vaksinin bir sıra əks təsirlərinin mövcudluğu artıq məlumdur. SİA xəbər verir ki, halsızlıq, baş ağrısı, mədə bulanması kimi əks təsirlər əksəriyyət tərəfindən bilinən reallıqdır. Ancaq norveçli qadınlar başqa bir əks təsirdən şikayətləniblər. 17 yaşlı norveçli qız vaksin prosedurundan 2 həftə sonra sinəsinin böyüdüyünü tiktok yayımında deyib. Bu paylaşımın şərh bölməsində digər norveçli qadınlar eyni problemdən şikayətləniblər.
Həkimlər narahatlığın əbəs olduğunu deyib. Həkim Heinrik bildirib ki, vaksindən sonra müvəqqəti olaraq limfa düyümlərinin şişdiyini buna görə də, güya sinə böyüyübmüş kimi hiss olunur. Norveç dərman agentliyində bu məlumatı təsdiqləyib və bu halın vaksinləşmiş qadınların 10 faizində göründüyünü qeyd edib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə