Uşaqları çöpçüyə aparanlar - DİQQƏTLİ OLUN! - HƏKİMLƏR HƏYACAN TƏBİLİ ÇALDI

Uşaqları çöpçüyə aparanlar - DİQQƏTLİ OLUN! - HƏKİMLƏR HƏYACAN TƏBİLİ ÇALDI

"Yad cisimlər burunda, qulaqda, ağız boşluğunda, udlaqda, qırtaqda, qida borusunda tənəffüs yollarında qala bilər". Bunu SİA-ya açıqlamasında həkim-pediatr Ülkər Quliyeva deyib.

Ülkər Quliyeva bildirib ki, qidalanma zamanı bəzi hallarda ağız boşluğunda müxtəlif cisimlər ilişib qalır: "Valideynlər həkimə bu şikayətlə müraciət edirlər ki, uşağın hərarəti yüksəlib, öskürür, mədə bulantıları və müxtəlif qıcıqlanmalar yaranıb və əlini tez-tez ağzına salır. Amma yad cisim bədəndə həmişə hərarət yaratmır. Temperatorun yaranması üçün yad cisim bi müddət orada qalmalıdır. Bu isə irinləməyə səbəb olur. Valideyinlər çöpçülərə müraciətdən sonra uşağın temperatorunun düşdüyünü, rahat olduğunu söyləyirlər. Lakin, yad cismin düşməsi ilə temperatur aşağı enmir. Yad cisim xüsusi alətin köməyi ilə həkim nəzarəti ilə çıxarılmalıdır. Qida qəbulu zamanı yad cisimlər udlağa ilişərək orqanizmdə narahatçılıq yaradır. Belə olan halda isə ixtisaslı həkim forinqoskopiya üsulu ilə ağız boşluğunu işiqlandırır və yad cisimi həkim müdaxilə ilə götürür. Müasir dövrdə endoskoplar vasitəsilə yad cisimin düşdüyü yeri işıqlandırıb, monitor vasitəsilə baxmaq mümkündür. Tutaq ki, çöpçü burundakı yad cismi üfürüb, onu tənəffüs yolun sala bilər. Bu da ani olaraq boğulmaya səbəb olur. Çöpçülər bununla da həkimlərin işini daha da ağırlaşdırır. Ona görə bu halların yaşanmaması üçün bir başa həkimə müraciət etmək lazımdır. Qeyd edim ki, yad cisimlərin çıxarılmasında çöpçülərin müdaxiləsi yol verilməz hesab edirəm".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə