Vaksinasiya olunanların sayı 30 min 700 nəfəri ötüb - FOTO

İsmayıllıda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam edir və peyvənd olunanların sayı 30 min 700 nəfəri ötüb.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən qərargahdan SİA-nın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda təhsil və səhiyyə işçilərinə, hüquq-mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların demək olar, hamısına hər iki doza peyvənd vurulub. Vətəndaşlar vaksinasiyada fəal iştirak edirlər. Bölgədə 87 min 400 nəfər əhali var və artıq onlardan 30 min 701 nəfəri vaksinasiya olunub. Vaksinasiya olunanların 19 min 114 nəfərinə 1-ci doza, 11 min 587 nəfərinə isə 2-ci doza vurulub.

Qeyd edək ki, mayın 10-dan etibarən 18 yaşından yuxarı hər bir vətəndaş vaksinasiya oluna bilər. Bunun üçün randevu (randevu.its.gov.az) götürən şəxslər səhər saat 9:00-dan - 18:00-dək rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi otaqlarda peyvənd vurdura bilərlər. Hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə