Miqren ağrıları bu yolla dayanır - HƏKİM KOSMETOLOQ AÇIQLADI

Son dövrlərdə baş ağrısı əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu səbəbdən baş ağrısı hər kəsi maraqlandıran bir problemdir. Bu sözləri SİA-ya açıqlamasında həkim-kosmetoloq Aysu Əhmədli deyib.

Onun sözlərinə görə, baş ağrısının 200-dən çox növü bilinir: “Ağrılar 90% birincili, 10% ikincili olaraq görülməkdədir. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxır. Bunlar arasında gündəlik həyat tərzimizə təsir edən miqren də var. Miqren-başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Miqrenin əsas səciyyəvi simptomlarına ürək bulanma, qusma, işığa, qoxuya, səsə həssaslıq, əmək qabiliyyətinin itirilməsi aiddir”.

Aysu Əhmədli həmçinin qeyd edib ki, müasir zamanda xroniki miqren ağrılarının müalicəsində davamlı və yüksək dozada ağrı kəsicilər qəbul etməməkdən ötrü botulinoterpiyadan (botoks) istifadə olunur: “Təsadüf nəticəsində kosmetik məqsədlə edilən botoks zamanı miqren ağrılarının azaldığı müəyyən olunmuşdur. Botoksun miqren müalicəsində təsir mexanizmi sinirləri sıxan əzələlərin boşaldılmasına, sıxılan sinirin rahatlanmasına əsaslanır. Kiçik iynələrlə ağrı nöqtələrinə, alın, gicgah, ənsə və boyun nahiyəsinə tətbiq edilir. Burada əsas önəmli olan təcrübəli mütəxəssis tərəfindən edilməsi və ağrı nöqtələrinin xəstəyə uyğun tapılması və düzgün dozalanmasıdır”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...