Uşaq poliklinikasında 0-14 yaş qrupundakı uşaqların süd və daimi dişlərinin sağlamlığı üçün müalicələrin aparılması, çürük, travma, irsi və bu kimi amillər səbəb olduğu xəstəliklərin müalicəsi təmin edilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uşaqlarda diş doldurulması çürümüş dişlər üçün ən çox tətbiq olunan tətbiqlərdən biridir. Ümumiyyətlə çürüyən süd dişlərinin doldurulması tövsiyə edilsə də, şəkərli qidalar, nizamsız diş fırçalaması və qidalanma nəticəsində çürümüş dişlərə edilən müalicə diş həkimi qorxusunu aradan qaldırmağa kömək edir. Dişərin doldurulması gələcək sağlamlığa da təsir edir.
Türk diş həkimi Şeyma Yılmaz, müalicəyə gələn uşaqlara və ailələrinə ağız gigiyenası təhsili, diş fırçalama vərdişləri, ümumi səhvlər və ediləcək şeylər haqqında məlumat verib: “Uşaqlıqdan nizamlı diş müalicələri, gələcək nəsillər üçün sağlam ağız vəd edir. Diş həkimlərinin fobiyası, xüsusən də gənc yaşlarda, illərdir uşaqların qorxulu arzusu olub.
Nizamlı diş müayinəsi vacibdir
Uşaqların 1 yaşından etibarən mütəmadi olaraq diş müayinələrinə aparılması lazım olduğunu söyləyən həkim sözlərinə belə davam edib: “Gənc yaşlarından başlayan bu vərdiş uşağın diş müayinəsi ilə əlaqədar müsbət düşüncə tərzini inkişaf etdirməsinə imkan verir. 11-12 yaşa qədər süd dişləri ağızda qalır. Əgər çəkilərsə süd azı dişlərinin altına girəcək qalıcı dişlərin çıxmasının qarşısı alınır. Arxadakı dişlər irəli sürülür və dişlərin çıxmasının qarşısını alır. Bunların hamısı qoruyucu tədbirlərdir və tətbiq olunması zəruridir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB