Peyvənd olunmağın daha bir üstünlüyü ortaya çıxdı HƏKİM İZAH ETDİ

Son günlər bəzi vətəndaşlarımız koronovarus pandemiyasına qarşı ölkəmizdə tətbiq olunan peyvəndləmə proseslərindən hələ də yayınmağa üstünlük verirlər. Bəs belən olan təqdirdə nə etməli? Maarifləndirmə işləri necə həyata keçirilməlidir?

Məsələ ilə bağlı həkim infeksionist Namiq Nəbiyev SİA-ya açıqlamasında bunları deyib: “Mən deməzdim ki, insanlar peyvənd olunmaqdan çəkinir. Vətəndaşlarımız da görür ki, son zamanlar ölüm faizi artır və dünya ölkələrində virus hədsiz dərəcədə yayılır. Mən düşünürəm ki, peyvənddən qaçmaq lazım deyil. Vaksinasiya mütləq olunmalıdır. Şəxsən mən bu gün yəni, may ayının 6-sı ikinci dəfə peyvənd olundum. Buna baxmayaraq, özümü çox yaxşı və rahat hiss edirəm. Bütün vətəndaşları bu prosesə qoşulmağa dəvət edirəm. Ən azından vaksinasiya olunmaq ona dəlalət edir ki, bu xəstəliyə tutulsalar belə, çox yüngül şəkildə keçirsinlər. Mən bunun dəfələrlə şahidi olmuşam ki, peyvənd olunanlar da virusa yoluxub. Lakin, onlar bunu ayaqüstü keçirib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə