Peyvənd olunmalıyıq? VACİB ADDIMLAR

Uşaq böyütmək komanda işidir. Komandanız çox olsa, daha rahat olacaqsınız. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pediatr seçərkən fikirlərinizin bir araya gəlməsi çox vacibdir, eyni zamanda sizi doğru yolda istiqamətləndirən birinə ehtiyacınız var. Çünki analıq dövrünün ən çətin dövrləri uşaqlarda sağlamlıq problemləri ilə mübarizə apardığınız anlardır.

Vaksinasiya cəmiyyət üçün niyə lazımdır?

Peyvənd bəşəriyyətin sağlamlıq sahəsində yaratdığı ən vacib ixtiradır. Mikrob infeksion xəstəliklərin və xərçəngin qarşısını almaq üçün hazırlanmış çox sayda peyvənd sayəsində sağlamlığımızı təhdid edən bir çox xəstəlik dünyadan silinib və ya çox nadir hala gəlib.

Məlumdur ki, bütün texnoloji inkişaflara baxmayaraq peyvəndlər hamını xəstəlikdən qoruya bilmir, immun sistemini stimullaşdırmaq üçün peyvəndə ölü və ya zəifləmiş mikroorqanizmlər yerləşdirilir.

Bundan əlavə, peyvənd cəmiyyətin əksəriyyətini xəstəlikdən qoruyur və yayılmasının qarşısını alır. Övladınızı peyvənd etmədiyiniz zaman digər uşaqları da risk altında qoyursunuz.

Cəmiyyətdə peyvəndi kimlər dəstəkləmir?

Xüsusilə, sosial media sayəsində anti-peyvəndlər daha geniş kütlələrə çatmaq, iddialarını dilə gətirmək və tərəfdarlarını artırmaq şansı qazanıb. Sual vermədən inanan cəmiyyət araşdırma əvəzinə, elmi düşüncədən uzaqlaşır və metafizik və irrasional düşüncələrin təsiri altına düşür. Qəribədir ki, bunu dəstəkləyən bir qrup həkim də elmi həqiqətlər yerinə xurafatlara inanır. Dəlillərə əsaslanmayan, lakin hər kəsin öz dərmanını yaratdığı yanaşma var.

Eyni zamanda birdən çox peyvənd vurmaq zərərlidirmi?

Vaksinasiya ilə immunitet sisteminə nəzarətli bir antigenik stimulyasiya göndərilir. Elmi araşdırmalar göstərir ki, eyni zamanda bədənə fərqli peyvəndlər etmək immunitet sisteminə zərərli təsir göstərmir və yan təsiri olmur. Bu səbəbdən illərdir körpələrə eyni anda birdən çox peyvənd tətbiq olunur.

Ana südü vaksini əvəz edə bilərmi?

Ana südü çox möcüzəvi şeydir Həkimlər ana südündəki antikorlar çox olduğu üçün bu südün körpənin ilk peyvəndi olduğunu deyir və iki yaşına qədər ana südü verməyi təşviq edir. Lakin, ana südü tam qoruma təmin edə bilməz və xəstəliklər ana südü bitdikdən sonra, yəni iki yaşından sonra görünə bilər. Peyvəndlər isə təkrarlanır və ömür boyu davam edir.

Vaksinlər həqiqətən təhlükəsizdirmi?

Peyvəndlərin təhlükəsiz olmadığı yalandır. Lisenziyalı təsdiqlənmiş peyvənd illərlə davam edən araşdırma və inkişafın məhsuludur. Bazara çıxarılan peyvənd illərdir izlənilir və mütəmadi olaraq yoxlanılır. Əksər peyvəndlərin yan təsiri yüngül ağrı, istilik və narahatlıq kimi müvəqqəti əhəmiyyətsiz reaksiyalardır. Çox nadir görülən yan təsirlər ola bilər. Bunlar anafilaksi kimi bir milyondan biri deyə biləcəyimiz allergik reaksiyalardır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə