Anemiya bu fəlakətə sürükləyir MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Anemiya bu fəlakətə sürükləyir MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

"Anemiya dünyada ən çox rast gəlinən xəstəlikdir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, anemiya qanda hemoqlobin dəyəri yaşa və cinsə görə təyin olunan normal həddən aşağı olaraq təyin edilir. Dünyada ən çox görülən anemiya növü dəmir əskikliyi olaraq bilinir.

Türkiyəli həkim Özlem Şahin Balçık dəmir çatışmazlığı anemiyası haqqında məlumat verib: “Dəmir çatışmazlığı qadınların yüzdə 35-də, kişilərin isə yüzdə 20-də baş verən əhəmiyyətli sağlamlıq problemidir. Hamilə qadınlarda dəmir əskikliyi nisbətini yüzdə 50-ə qədər olur. Dəmir, B12, folik turşusu kimi vitamin və mineral çatışmazlıqlarına əlavə olaraq talassemiya, xərçəng, revmatizm, böyrək xəstəlikləri kimi xəstəliklərdən də qaynaqlana bilər. Dəmir çatışmazlığı anemiyasında zəiflik, yorğunluq, həddindən artıq yuxusuzluq, saç tökülməsi, dırnaq qırılması, qaşınma, baş ağrısı, başgicəllənmə, öyrənmə çətinliyi, unutqanlıq, ürək sıxılması, nəfəs darlığı, sinə ağrısı, uda bilməmək kimi şikayətlər görülür”.

Həkimin sözlərinə görə, dəmir çatışmazlığı anemiyası immunitet sistemini zəiflədir: “Pandemiya şəraitində xəstəliyə daha çox diqqət edilməlidir. Dəmir çatışmazlığı anemiyası infeksiyalara həssaslığın artması və infeksiyalardan sonra uzun müddət sağlamlıq problemlərinə səbəb ola bilər. Covid-19 infeksiyasına qarşı mübarizədə əllərin yuyulması, yaxın təmasdan qaçınma və maskalardan istifadə ilə bağlı tövsiyələrə əməl etməklə yanaşı, anemiya şikayətləri olan xəstələrimizin müalicə müddəti üçün həkimləri ilə görüşmələri tövsiyə olunur”.

Dəmir çatışmazlığı daha az ət istehlak edən insanlarda görülür.

Sağlam qidalanma üçün təkliflər verən Özlem Şahin Balçık sözlərinə belə davam edib: “Xüsusilə ət və ət məhsulları dəmir baxımından zəngin qidalardır. Heyvan qidalarında olan dəmirin mədədən əmilməsi daha asan olduğundan, onların qan dəyərinin artmasında effektivliyi yüksəkdir. Paxlalılar, ispanaq və üzüm kimi qidalarda bitki dəmiri var və onların udma nisbəti heyvan qidalarındakı dəmirə nisbətən aşağıdır. Dəmir çatışmazlığı daha çox vegetarian pəhrizli və az ət istehlak edənlərdə görülür. Həmçinin, dəmir çatışmazlığından müalicə alan, xüsusən də yüksək qan yağları (xolesterol və trigliseridlər) və ürək-damar xəstəlikləri olanlar, əti həkimlərinin tövsiyə etdiyi pəhrizdən çox olmayan şəkildə istehlak etməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə