Saçlar da qocalırmı? Saçınızın köhnəldiyini göstərən 7 amil

Saçlar da qocalırmı? Saçınızın köhnəldiyini göstərən 7 amil.
Yaşlanma dedikdə ağıla ilk gələn qırışlar və quru dəridir. Bəs saçlar? Sizcə saçlarınız qocalmır? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illər keçdikcə saçlarınız bir çox prosedurlara məruz qalır. Beləliklə, nazikləşir və azalır. Bütün bunlara qarşı tədbir görmək lazımdır.
Ağ tellər.
Buna səbəb olan bir neçə amil var. Ümumi səbəb əlbəttə ki, genetikadır. Həmçinin, stres, zərərli pəhriz, ağır həyat tərzi, yuxu çatışmazlığı və ciddi xəstəliklər də saç ağarmasına səbəb ola bilər. Müəyyən bir yaşdan sonra melanin istehsalının olmaması səbəbindən də saçlar ağarır, bu isə zülalsız saçlar deməkdir.
Nazikləşmə.
Saçların yaşlanmasında görülən dəyişikliklərdən biri də, incəlmədir. Bunun bir neçə səbəbi var. Birincisi, saçın sıxlığı azalır. İkincisi isə, saç nazik telli uzanır.
Həcmini itirir.
Bu vəziyyət seyrək saçlarda olur. Səbəbi isə saçlara həddindən artıq dəyişiklik etməkdir. Çünki, qadınlar özünü yaşlanmış hiss etdikdə saçlarını tez-tez dəyişir. Bu, kutikulu məhv edir, saçı zədələyir, solğun və qırılmağa meylli edir.

Daha asan qırılır.
Zülal itkisi yalnız saç rənginə deyil, gücünə də təsir edir. Keratin protein səviyyəsindəki azalma saçları daha zəif və daha az elastik edir.

Saçlar solğun olur və matlaşır.
Xarici zərərli və stres kimi amillərdən təsirlənən saçlar illər keçdikcə enerjisini itirməyə başlayaraq, sönük görüntü alır. Bunun qarşısını almaq üçün antioksidan və qoruyucu xüsusiyyətləri olan məhsulları seçib saçlara vitamin əlavə edə bilərsiniz.
Tökülmə.
Baş dərisi zaman keçdikcə təbii yağ istehsal etməkdə çətinlik çəkir və quruluğa, həssaslığa daha çox meylli olur. Bu, saç keyfiyyətinin pisləşməsinə və tökülməsinə səbəb olur. Saç dərinizi gücləndirərək köklərini daha təsirli bir şəkildə qidalandıra, saç quruluşunuzu yaxşılaşdırmaq və saç tökülməsini yavaşlatmaq olar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə