Yeni kəşf olunan məhsulla virusa yoluxmuruq

Türk mühəndislər yarım saat ərzində koronavirusu 97,48 faiz nisbətində təsirsiz hala gətirən lif istehsal ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 4 ildir davam etdirilən layihə ilə hazırlanan sink tərkibli lif istehsalı işləri tamamlanıb. Antimikrobiyal xüsusiyyətlərə və sink tərkibli inkişaf etdirilmiş akril lif Covid-19 virusunun toxuma sahəsində istehsal olunan məhsullarda 30 dəqiqə ərzində təsir edir. İstehsalçı məhsulu bir çox sahədə, xüsusən də, tekstildə istifadə etməyi hədəfləyir.

Mövzu ilə əlaqədar Atakan Koru açıqlama verib: "Layihə 4 illik işin məhsuludur. Test və istehsal mərhələsində bir çox fərqli metod sınaqdan keçirilib. Yaratdığımız lifin sink əsaslı liflə məhdudlaşdırılaraq həm ətraf mühit, həm də sağlamlıq baxımından ən yaxşı performansı göstərdiyi müəyyən edilib".

Onun sözlərinə görə, diqqət çəkmək istədiyimiz bir başqa məsələ də, kollektiv istifadə sahələridir: "Yataqxanalar, məscidlər və otellər kimi ümumi sahələrdə istifadə edilə bilər. "Everfresh"-in ümumi sahələrdə gigiyena gözləntilərini qarşılayacağını və üstələyəcəyini düşünürük. Elyafın içindəki sinki məhdudlaşdırırıq. Məhsulumuz qətiliklə çiləmə və ya yuma prosesi deyil. Dəfələrlə yuyulsa da, illərlə effektivliyini göstərməyə davam edəcək. Bu, bizi unikal edən xüsusiyyətlərdən biridir. Bunun, xüsusən də ümumi sahələrdə istifadə olunan məhsullar üçün çox təsirli olacağını düşünürük. Yataqxanalar, otellər, məscidlər, xalçalar, döşəmə parçaları və metro oturacaqları kimi sahələrdə insanların sağlamlığına kömək edəcəyini düşünürük".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə