Koronavirus səbəbilə xəstəxanaya yerləşdirilərin çoxu buna görə ölür Həkimdən açıqlama

"Koronavirusa yoluxmuş xəstələrin çoxu xəstəxanada buna görə ölür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Ghebreyesus son 40 ildə dünyada şəkərli diabet xəstələrinin sayının dörd dəfə artdığını söyləyərək yeni növ koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilən ağır xəstələrin əksəriyyətinin şəkər xəstəsi olduğunu bildirib.

Onun sözlərinə görə, diabetlə əlaqəli vacib tədbirlər görülməlidir: "Diabet erkən ölüm riskini artıran və yoluxucu olmayan yeganə əsas xəstəlik növüdür. Bundan əlavə, Covid-19 səbəbiylə ağır halda xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyətində şəkərli diabet var".

ÜST yeni Qlobal Diabet müqaviləsi ilə diabetin qarşısının alınması səylərini dəstəkləməyi və insulinin tapılmasından 100 il sonra ehtiyacı olan hər kəsi müalicə etməyi hədəfləyir. Müqavilə ÜST və Kanada hökuməti tərəfindən Toronto Universitetinin ilə birgə təşkil etdiyi Qlobal Diabet Sammitində elan olunur.

ÜST-nin müqaviləsi aşağı və orta gəlirli ölkələrdə diabet diaqnostika vasitələrinə, dərmanlara və xüsusən də insulinə əlçatanlığı artırmağı hədəfləyir.

Təşkilata görə, hazırda dünyada insulin bazarında yalnız 3 şirkət hakimdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə