Artıq bahar gəlsə də, Mərkəzi Finlandiya meşələrinin hər yeri qardır. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlərin gəmiricilər üzərində araşdırma aparmağa başlaması ilə buradakı səssizlik pozulub. Onlar hər il artan xəstəliyin insanlara nə üçün keçdiyini və infeksiyaların niyə artdığını anlamaq istəyirlər.
Renaud Lancelot, Avropa Birliyinin "Dəyişən Avropa Mühitində Yaranan Xəstəliklər" layihəsinin koordinatoru olmasından beş il əvvəl bu mövzuda işləyib. Bəzi bölgələrdəki sosial dəyişikliklər xəstəliklərin yayılmasına qlobal istiləşmədən daha çox kömək edir.
Renaud Lancelot, EDEN layihə koordinatoru olaraq bunun daha çoxunu Mərkəzi Avropa və Baltikyanı ölkələrdə gördüyünü deyib. Çünki Sovet bloku dağılandan sonra bir çox insanın iqtisadi vəziyyəti pisləşib. İnsanlar işlərini itirib. Daha sonra isə göbələk və çiyələk yığmaq üçün meşəyə gediblər. Meşədəki bu vəziyyət onların gənə, böcək və gəmiricilərlə təmasda olmasına səbəb olub. Nəticədə, xəstəliklər heyvanlardan insanlara keçib.
Bu layihə gənə və ağcaqanad kimi xəstəlik yayanları hədəf alıb. Gəmiricilər üzərində 40 ildir işləyən Heikki Henttonenin dediyi kimi, onlar xüsusi əhəmiyyət kəsb edir. Heikkinin həmkarları da qızdırma və böyrək xəstəliklərdən əziyyət çəkib. Onlardan biri olan Esa həftə ərzində 40 dərəcə qızdırma ilə yatıb.
Esa Koskelanın deyib: "Bioloq həyatımda belə bir ağır xəstəliklə qarşılaşdığımı xatırlamıram. Əslində, çox xəstələnən insan deyiləm. Bir həftəlik xəstəlikdən sonra özümə gəlməyimə əlavə daha bir həftə lazım olub".
Bundan əlavə, insanlardan daha çox gəmiricilər xəstəliyin yayılmasında əsas rol oynayır. Xəstəliyə yoluxmuş gənə və ya ağcaqanad sonra insanı dişləsə infeksiya yayılır.
Heikki Henttonen gəmiricilər artdıqda xəstəliklərin də çoxaldığını qeyd edib. Gəmiricilərin sayı az olduqda, insanlarda xəstəlik qalmaz. Xəstəlik yalnız meşədəki gəmiricilərdədir və bu, həmişə var olub. O heyvanların içində gizli inkişaf edir. Bu nöqtədə ətraf mühitin qorunması məsələsi çox vacibdir. Çünki biomüxtəliflik virus daşıyıcısı olan heyvanların qarşısını alır.
Alimlər xəstəliyə necə nəzarət edəcəyini anlamaq üçün dünyanın hər yerindən gəmiricilərin nümunələri götürürlər. Daha sonra gəmiricilər yaşayış yerlərinə bənzər yerlərdə saxlanılır və tədqiqat işləri aparılır.
Dünyanın hər yerindən göndərilən nümunələr Helsinkidə yoxlanılır. Finlandiya Avropanın yoluxucu xəstəliklər üzrə ən yaxşı laboratoriyalarından biri hesab olunur.
Burada 30 il əvvəl Şimali Avropada yayılmış bir xəstəlik olan böyrək xəstəliyi və qızdırmaya səbəb olan virus tapıblar. Günümüzdə isə heyvan və xəstə nümunələri üzərində bir çox tədqiqatlar aparılır.
Olli Vapalahti, Helsinki Universiteti, Viroloqun sözlərinə görə, xüsusi işimiz ekoloji tədqiqatlarla təbiət nümunələrini birləşdirməkdir: "Əsas virusların bütün strukturlarının üzərində işləyirik. Həmçinin, virusların səbəb olduğu xəstəlikləri aşkar etmək üçün xəstə nümunələri üzərində araşdırmalar edirik".
Bu genetik analizlərin nəticələri Fransanın cənubundakı Montpellierə gedir. Burada gəmiricilərin genetikası öyrənilir.
Gəmiricilər əvvəlcə siniflərə bölünür. Bu iş zamanı tez-tez yeni növlər aşkar edilir. Daha sonra, bu növlərdəki bir virusun digər müxtəlif növ gəmiricilərə təsir dərəcəsi araşdırılır.
Nathalie Charbonnel, Biologiya və Əhali İdarəetmə Mərkəzi isə məsələyə belə münasibət bildirib: "Yeni bir ölkə və ya yeni bir mühitdə bütün xəstəlikləri daşıyan bir gəmirici növü olduqda, ondakı virus burada olan digər növlərə də yoluxa bilər. Lakin əksi də ola bilər. Çünki bu gəmirici növlərinin genetik xüsusiyyəti yoxdur".
Xəstəliklər üçün heç bir məhdudiyyət yoxdur. Bu səbəbdən də elm adamları 24 ölkədən 48 tədqiqat mərkəzi ilə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.
Heikki Henttonen, Finlandiya Meşə Araşdırma Mərkəzi mütəxəssisi isə problemə belə yanaşıb: "Proqnozlaşdırıcı modellər epidemiyanın harada və nə vaxt baş verə biləcəyini öyrənməyə kömək edir. İqlim dəyişdiyinə görə cəmiyyət yeni yaşayış yerlərinə köçür. Səhiyyə orqanları yeni viruslar barədə məlumat verəcək. Ancaq bu layihə bizi gələcəkdə qarşılaşacağımız epidemiyalara da hazırlayır".
Qabaqlayıcı tədbirlər görülməlidir. Heyvanlar tərəfindən yoluxan virusa qarşı mübarizə aparmalıyıq.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB