Almaniyanın Bavariya İstehlak Mərkəzinin mütəxəssisləri insan sağlamlığı üçün təhlükəli olan qida məhsullarının adlarını açıqlayıb.

SİA bu barədə xarici mətbuata istinad edir.

Qeyd edək ki, mərkəzin tərtib etdiyi zərərli qida məhsulları sırasında ilk yerləri tərkibində çox miqdarda yağ və duz olan kolbasa məhsulları tutub. Belə ki, bu məhsullar insanda daha çox ürək-damar və onkoloji xəstəliklərin yaranmasına səbəb olur.

Sırada, daha sonra, konservləşdirilmiş qidalar, məsələn, paketlərdə olan qidalar gəlir. Bu qidaların qəbulu xərçəngə, uşaqlarda inkişaf qüsurlarına və sonsuzluğa səbəb ola bilər.

Üçüncü yerdə civə olan balıqdır. Çirklənmə balıqların saxlandığı yerdən, növlərindən və yaşından asılıdır.

Cilalanmış ağ düyü zəhərlənmə verə bilər və buna görə də məhdudlaşdırılmalıdır.

Donuts, buna çoxları “ponçik” deyir, bişirildiyi ucuz xurma yağı səbəbindən təhlükəlidir.

Partlamış qarğıdalı-kukruz da zərərli yağ ehtiva edir.

Fransız kartofu və cipsini tez-tez qəbul etmək ölüm riskini iki dəfə artırır. Bu məhsullar da duz, şəkər və kanserogen akrilamid ehtiva edirlər. Ona görə də, təhlükəli qida hesab edilir.

Dondurulmuş sobada bişmiş pizzalar da xərçəng riskini artırır.

Doqquzuncu yeri isə bütün növ qazlı və şirin içkilər tutur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...