Rusiyalı həkim bronxit xəstələrini müalicə edən həmkarlarının iş metodunu sərt tənqid edib

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov "Russia 1" telekanalının efirində bronxit xəstələrini müalicə edən həmkarlarının iş metodunu sərt tənqid edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyalı mütəxəssis bəzi həkimlərin müalicə üsullarının yolverilməz olduğunu deyib. "Poliklinikadakı bəzi həkimlər bir insana bronxit diaqnozu qoymaq üçün ona "Seftriakson" antibiotiki vurur. Bu nə deməkdir?", deyə Myasnikov qəzəbini gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə