İsveçdə COVID-19 koronavirus infeksiyasına qarşı aparılan peyvənd istifadəsi nəticəsində 55 nəfər həyatını itirib.
SİA bildirir ki, bu barədə İsveçin “Fria Tider.” internet saytı xəbər verir.
İsveçin Əczaçılıq Təşkilatının son hesabatına görə, koronavirus infeksiyasına qarşı peyvəndlərin yan təsirlərinin yaratdığı fəsadlardan 55 ölüm qeydə alınıb. Maraqlıdır ki, qeydə alınan 55 ölümün 54-ü alman və ameikan biotexnologiya şirkətlərinin istehsalı olan “BioNTech” və “Pfizer”, biri isə digər Ameika şirkəti olan Modernanın məhsullarıdır.
Qeyd edək ki, saytın verdiyi məlumata görə, Ümumi Dövlət Əczaçılıq İdarəsi bu peyvəndlərdən şübhəli təsirləri barədə 532 hesabat alıb ki, bunların da 189-u ciddi qəbul olunmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB