“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkim-funksionalisti Gülər Miriyeva mövzusunda ətraflı məlumat verib
Epilepsiya zamanı ilk yardım

Epilepsiya müasir dövrdə çox yayılmış xəstəlikdir. Bu xəstəlik qıcolma tutmaları ilə müşayət olunur. Epileptik tutmaların səbəbi qıcolma ocağının aktivləşməsi və beynin qıcolmaya hazırlıq həddinin aşağı qıcıq qapısına yaxınlaşması faktorlarından asılıdır. Epileptik tutmaların baş verməsindən öncə aura əmələ gəlir. Auralar müxtəlif olur və epi-ocağın lokalizasiyasından asılıdır.

Epilepsiya xəstələrində miqren, depressiya kimi hallar, daha ağır vəziyyətlərdə epileptik psixozlar, affektiv pozğunluqlar, qorxu, aqressiya, ekstatik əhval-ruhiyyə müşahidə oluna bilər. Epileptik tutmalar zamanı ilk yardım – həkim müdaxiləsinə qədərki dövr – çox önəmlidir. İlk növbədə xəstənin rahat nəfəs alması üçün şərait yaradılmalıdır. Xəstə təklükəsiz vəziyyətdə olmalıdır, tutma bitənə qədər gözləmək lazımdır. Kiçik tutmalar zamanı huşitirmə halları olur və bu qısa müddət davam edir.

Tutmalar keçəndən sonra xəstələr zəiflik və halsızlıq hiss edə bilər.

Epilepsiya diaqnozunun qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün elektroensefaloqrofiya (EEQ) müayinəsi aparılması tövsiyə olunur. Bu müayinə epi-ocağın varlığı, lokalizasiyası və ocağın aktivlik dərəcəsi haqqında məlumat verir. Epilepsiya xəstələri normal həyat sürə bilərlər. Onlar ətrafdakılar üçün təhlükəli deyillər. Bu xəstələr mümkün qədər stresdən uzaq olmalı və onların yuxu rejimi tənzimlənməlidir.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə