“Pfizer” peyvəndindən ölənlərin sayı artır - Konqresmen də vaksindən sonra yoluxdu

“Pfizer” peyvəndindən ölənlərin sayı artır - Konqresmen də vaksindən sonra yoluxdu

Dekabr ayında “Pfizer” ilə COVID-19 peyvəndinin ilk turunu keçirən ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Kevin Brady koronavirusa yoluxduğunu söyləyib. SİA xəbər verir ki, konqresmen öz Twitter səhifəsində karantin tətbiq etdiyi ilə əlaqədar olaraq koronavirus infeksiyası üçün verdiyi analizdə pozitiv test nəticəsi aldığını yazıb.

Bundan əvvəl Norveçdə “Pfizer” dərmanı istifadə edərək koronavirusa qarşı aşılanan 2 nəfər ölüb. Portuqaliyada da 41 yaşlı bir tibb işçisi “Pfizer” peyvəndindən 2 gün sonra ölüb.

Xatırladaq ki, ABŞ-da əhalinin əhatə dairəsini artırmaq üçün Moderna dozasının yalnız yarısından istifadə etmək imkanı müzakirə olunur.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə