"1542" Çağrı mərkəzi 3 saatlıq fəaliyyətini dayandırılacaq

"1542" Çağrı mərkəzi 3 saatlıq fəaliyyətini dayandırılacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) "1542" Çağrı mərkəzinin sistemində təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti bu gün saat 22:00-dan sonra 3 saatlıq dayandırılacaq. / Agentlikdən APA-ya verilən xəbərə görə, bu səbəbdən Çağrı mərkəzinin koronavirusla bağlı 7 gün, 24 saat fəaliyyət göstərən 1542-0 xətti müvəqqəti olaraq işləməyəcək. / Qısa zamanda sistemdə yenilənmə işlərinin başa çatdırılması və "1542" Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur./ Yaranmış narahatlıqla əlaqədar Agentlik vətəndaşlardan üzr istəyir./

Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün, 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə