Özünü pis hiss edən, hərarəti olan şəxslərin NƏZƏRİNƏ

"Özünü pis hiss edən xəstələr, hərarəti olan şəxslər varsa poliklinikaya telefon vasitəsilə müraciət edə bilər". SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bu şəxslər poliklinikanın əlaqə telefonuna və ya sahə həkiminin əlaqə telefonuna zəng etməklə öz vəziyyətləri haqda məlumat verə bilər. Bu zaman onlara əlavə suallar da veriləcək. Bununla da həmin şəxsin vəziyyəti haqqında poliklinika tərəfindən dəyərləndiriləcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...