"Koronavirusa qarşı peyvənd məcburi vurulmalıdır" MÜTƏXƏSSİS RƏYİ

Dünya Tibbi Birliyinin (WMA) sədri Frank Ulrich Montgomery koronavirusa qarşı məcburi peyvənd edilməsi təklifi ilə çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vaxtilə qızılca xəstəliyinə qarşı məcburi peyvəndin edilməsi təklifi ilə çıxış etdiyini xatırladan təşkilat sədri hazırda yeni növ koronavirus infeksiyası ilə bağlı peyvəndin məcburi şəkildə vurulmasının vacibliyini dilə gətirib.

Onun sözlərinə görə, peyvənd edilməsini istəməyən insanların koronavirusa yoluxması, sağlamlıq səbəbinə görə vaksin edilməsi mümkün olmayan insanlar üçün təhlükəli olacaq: “Bu baxımdan mümkün qədər çox insan vaksinasiya tədbirlərinə cəlb edilməlidir”.

Mütəxəssisinin fikrincə, vaksinasiyaya ilk olaraq qocalar evləri, əlillər və bu qurumlarda çalışanlar cəlb edilməlidir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu dünyada pandemiya elan edib. Təşkilatın son məlumatına görə, dünyada COVİD-19-a yoluxanların sayı 4.7, ölənlərin sayı isə 316 mini ötüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə