Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı oftalmoloqu, t.f.d. Aynurə Əliyeva 20 may 2020-ci il tarixində saat 15.00-da "Gözlərin koronavirus COVİD-19 infeksiyasından qoruması qaydaları" mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).

Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür. Dr. Aynurə Əliyeva 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim-oftalmoloq kimi çalışaraq oftalmoloji xəstəliklərin diaqnostika və terapiyasını həyata keçirir.

Qeyd edək ki, Dr. Aynurə Əliyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 12007-2008-ci illərdə akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz xəstəlikləri İnstitutunda internatura təhsili alıb. 2009-2011-ci illərdə Rusiyanın Moskva şəhərində akademik. S.N.Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Dövlət Elmi Tədqiqat Texnoloji Kompleksində klinik ordinatura təhsili alıb. Dr. Aynurə Əliyeva 2015-ci ildə O, 2008-2016-cı illərdə özəl tibb müəssisələrində həkim-oftalmoloq kimi fəaliyyət göstərib.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə