Koronavirus qaraciyərə təsir edirmi? Mütəxəssis rəyi

Koronavirus qaraciyərə təsir edirmi? Mütəxəssis rəyi

Türkiyəli mütəxəssis professor doktor Onur Yarpaq yeni növ koronavirusun (COVID-19) daxili orqanlara təsiri ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, professorun sözlərinə görə, xəstələrin 20 faizindən götürülən qan testlərində qaraciyər fermentlərinin yüksək olduğu aşkarlanıb.

Dr. Onur Yarpaq məlumat verib ki, bunun bir neçə mümkün açıqlaması var, lakin xəstəliyə yoluxan şəxslərdə virusun qaraciyərlərə qalıcı zərbə endirmədiyi bəlli olub.

Professor yeni növ koronavirusun (COVID-19) daxili orqanlara necə təsir etdiyini ilə bağlı bəzi məlumatlar verib. Onun sözlərinə görə, koronavirus əslində insanlarda xəstəliyə səbəb olur və COVID-19 yuxarı tənəffüs yolları vasitəsilə yoluxan infeksion xəstəliklərin 10-15 faizindən məsul olan viruslar ailəsindəndir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə