Yeni növ koronavirusdan qorunmaq üçün ölkələr tərəfindən həyata keçirilən izolyasiya tədbirləri milyonlarla insanın evdə özünütəcrid etməsinə gətirib çıxarıb. Lakin mütəxəssislər evdə qaldığınız müddətdə pis vərdişlərdən uzaq olmağı, onu sağlamlığınıza ziyan vurmayan vərdişlərə, işlərə sərf etməyi məsləhət görürür. Bu gün 7-70-ə qədər vazgeçilməz olan mobil vasitələr evdə qalan şəxslərin ən doğma, ən əziz vasitəsinə çevrilib desək yanılmarıq. Lakin mütəxəssislərin gün ərzində mobil vasitələrdən çox istifadənin görmə qabiliyyətini zəiflətməsi, hətta tamamilə itməsinə səbəb ola bilməsi ilə bağlı xəbərdarlığı hər kəsi düşündürməyə bilməz. Xüsusilə də burada söhbət uşaqlardan gedirsə.
Rusiyalı oftalmoloq Aleksandr Uşnikov bildirib ki, izolyasiya rejimində mobil telefonlardan həddindən artıq istifadə görmə qabiliyyətinin sonsuza qədər korlaya bilər: Həkimin sözlərinə görə, mobil telefonlar zənglər və qısa mesajlar üçün nəzərdə tutulub.
Görmə qabiliyyətini zəiflədən ikinci mobil vasitənin planşetlər olduğunu deyən mütəxəssis vurğuayıb ki, balacaların bu vasitələrdən uzun müddət istifadə etməsi çox təhlükəlidir: “Çox təəssüf ki, bəzən valideynlər özləri uşaqları onları narahat etməsin deyə mobil telefon və ya planşetlərdə cizgi filminə baxmağa təhrik edirlər. Bugünün reallığına baxsaq, 2-5 yaşlı bütün uşaqlar demək olar ki bütün günü mobil vasitələrdən istifadə edirlər. Buna qəti şəkildə yol vermək olmaz. Bunun əvəzində rəsm çəkmək, kitab oxumaq, nəsə qurmaq, yaratmaq kimi digər faydalı vərdişlərə öyrətmək mütləqdir. Gün ərzində uşaqların zehni yüklənməsi onların görmə qabiliyyətinə mənfi təsir göstərir”.
Mütəxəssisin fikrincə görmə qabiliyyətinin tamamilə pozulmasında iştirak edən üçüncü vasitələr notbuk və personal kompüterlərdir.
O qeyd edib ki, gün ərzində göz əzələsinin yüklənməsi spazmaya səbəb ola bilir. Həkim prosesə iş və istirahət üçün alternativ şəkildə yanaşmağı məsləhət görür: “Böyüklər kompüterdən gün ərzində beş-altı dəfə ən azı 30 dəqiqəlik fasilə ilə bir saat ərzində müraciət edə bilərlər”.
Mütəxəssis qeyd edib ki, gün ərzində kompüterdən çox istifadə baş ağrısı, lakrimasiya, gözlərin qızarması
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB