Bütün dünyanı cənginə alan koronavirusun tənəffüs yollarını hədəfə aldığı deyilsə də, ABŞ-da renimasiya şöbələrində müalicəsi aparılan COVİD-19 xəstələrində böyrək çatışmazlığı əlamətinin üzə çıxması orada hemodializ aparatlarına olan tələbatı artırıb. SİA-nın xəbərinə görə, “New York Times” qəzetində yer alan yazıda da reanimasiya şöbələrində koronavirus müalicəsi aparan xəstələrdə böyrək çatışmazlığının gözlənilməz artması da qeydə alınıb.
ABŞ-ın Yale Universitetinin nefrologiya mütəxəssisi Alan Kliger də koronavirus xəstələrinin 20-40 faizində böyrək çatışmazlığının olduğunu təxmin edib. O xəstəxanalarda hemodializ aparatlarının çatışmazlığını qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB