Türkiyədə Covid-19 xəstələri pulsuz müalicə ediləcək

Türkiyədə Koronavirusa (Covid-19) tutulan bütün vətəndaşların müalicələri sosial təminatı olub olmadığına baxılmadan pulsuz ediləcək. SİA xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan qərara görə insanların sosial təminatına sahib olub olmadığı yoxlanılmayacaq. Koronavirusla mübarizənin bir hissəsi olaraq, bütün xəstələr Səhiyyə Nazirliyi tərəfindən təchiz ediləcək avadanlıqlardan faydalana biləcəklər.

Hər kəs Səhiyyə Nazirliyinin virusdan qorunması üçün təqdim etdiyi avadanlıqdan və xəstəliyin diaqnozunda istifadə edilən müayinələrdən, dəstlərdən və müalicədə istifadə üçün uyğun hesab olunan dərmanlardan faydalana bilər.
Qeyd edək ki, Səhiyyə Nazirliyinə məsələ ilə bağlı prosedur prinsiplərini müəyyən etmək səlahiyyəti verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə