Belçika hakimiyyəti, koronavirusa görə, bütün mədəniyyət tədbirlərini, həmçinin məktəbləri, diskotekaları, restoranları və barları bağlamaqla əlaqədar əmr imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Baş nazir Sofi Vilmes açıqlayıb.
Portuqaliyanın Baş naziri Antonio Costa da ölkənin bütün məktəblərinin 9 aprelə qədər bağlanacağını açıqlayıb. Gecə klubları bağlanıb, ticarət mərkəzləri və restoranlara giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib. 100-dən çox ölkədə 120 minə yaxın insan virusa yoluxub. Yoluxanların yarısı sağalsa da, 4 min insan dünyasını dəyişib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB