Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın MÜSAHİBƏSİ
Bu günlərdə Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində kolorektal cərrahiyyə sahəsi üzrə çalışan yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Seminardan sonra Dr.Aynur Səfiyevadan müzakirə olunan mövzu ətrafında müsahibə aldıq. Həmin müsahibəni nəzərinizə çatdırırıq.
- Cərrahiyyə – tibbin çox yüksək riskləri ilə bağlı olan kifayət qədər mürəkkəb istiqamətidir. Neçə ildir Siz bu peşənin sahibisiniz? Tibbdə emosional nöqteyi-nəzərdən qadın olmaq nə dərəcədə çətindir, əməliyyat zamanı soyuqqanlı ola bilirsinizmi?
- Cərrahiyyə, həqiqətən, tibbin çox yüksək riski olan və cəsarət tələb edənsahələrindəndir. Bu sahə təkcə yüksək risklərin olması ilə fərqlənmir, bəzən anında doğru, dürüst qərar vermək gərək olur. Mən artıq 20 ildir bu peşənin sahibiyəm, bu peşəni özüm sevərək seçmişəm. Valideynlərim əvvəl razı olmasalar da onların israrına baxmayaraq, bu peşəni seçdim. Cərrahiyyə qadınların az olduğu bir sahədir, risk tələb edən sahədir. Düzdür, əvvəllər çətin idi, ona görə ki, sevdiyin bir iş üçün nələrisə qurban verməli olursan. Amma sevdiyim bu iş üçün bu qurbanları verməyə dəyərdi...
Bəzən əməliyyat zamanı gözlənilməz hallar olur, çətin bir durumda olursan. Düşünürəm ki, həkim ən önəmli vicdanlı olmalıdır, sən hər xəstəyə öz yaxının, qohumun və əzizin kimi yanaşmalısan. Xəstənin sağalması üçün əlindən gələni etməlisən.
- Məşğul olduğunuz sahə kolorektal cərrahiyyədir. Dünya təcrübəsində bu növ xəstəliklər spektrində hazırda hansı meyillər müşahidə olunur? Kolorektal cərrahiyyə sahəsində Mərkəzi Gömrük Hospitalında hansı innovasiyalı konservativ və cərrahi müalicə metodlarından istifadə edirsiniz?
- Mən ümumi cərraham, tibb üzrə fəlsəfə doktoruyam, hal-hazırda da “kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti”mövzusunda elmi tədqiqat işi aparıram. Bu sahə də kolorektal cərrahiyyəni əhatə edir. Kolorektal cərrahiyyə yoğun və düz bağırsaq xəstəliklərinin cərrahi müalicəsindən bəhs edən sahədir. Dünya təcrübəsində bu sahədə ən çox rast gəlinən xəstəlik yoğun və düz bağırsağın bədxassəli törəmələridir. Biz bunların qarşısını necə ala bilərik? Təbbi ki, tarama ilə. Yoğun və düz bağırsaq xərçənginin qarşısını almağın ən doğru yolu kolonoskopiya müayinəsidir. Yoğun və düz bağırsağın bəd xassəli törəmələrinin böyük əksəriyyəti poliplərdən yaranır. Əgər ailə anamnezi varsa mütləq şəkildə kolonoskopiya müayinəsindən keçməsi məsləhət görülür. Mərkəzi Gömrük Hospitalında bu sahədə çox geniş işlər aparılır. Tədqiqat apardığım işin də maddi-texniki bazası məhz Mərkəzi Gömrük Hospitalıdır. Xəstənin yoğun bağırsağında polip olduqda, onu endoskopik üsulla götürüb, patohistoloji müayinəyə göndərərək, xəstələrin təqib planını hazırlayırıq. Bununla da xəstənin gələcəkdə xərçəng olmasının qarşısını almış oluruq. Bu endoskopik müalicə üsulu hesab olunur, çünki, xəstəyə endoskopik müdaxilə olunur, kəsik olmur, həmin gün evinə gedir. Həm də xəstə psixoloji olaraq rahat olur..
- Bu günlərdə Mərkəzi Gömrük Hospitalında keçirilmiş seminarın mövzularından biri “Düz bağırsaq xərçənginin cərrahi müdaxilə olmadan müalicəsi” idi. Bu gün bu ağır xəstəlikdən qurtulmaq nə dərəcədə realdır? Bu barədə bir qədər ətraflı danışardınız.
- Seminar haqqında danışarkən, öncədən qeyd etmək istəyirəm ki, bu tədbirdə bizim Türkiyədən gələn qonağımız Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin yeni seçilmiş sədri, professor Dr. Ayhan Kuzu yaxından iştirak edirdi. Prof. Dr.Ayhan Kuzu bu sahədə çox böyük təcrübəsi olan mütəxəssisdir. Çox qürurverici məqam ondan ibarətdir ki, prof. Dr.Ayhan Kuzu Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinə sədr seçiləndən sonra ilk olaraq bizim Hospitala gəldi və təcrübəsini məhz bizimlə paylaşdı. Kolorektal cərrahiyyədə cərrahi əməliyyatın doğru planlanması xəstənin əməliyyatdan sonra sağ qalmasına təsir edən əsas amillərdən biridir və məhz bizim seminarda prof. Dr.Ayhan Kuzunun təqdimatlarında da ən önəmli məsələ bunlar idi.
Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır. Əgər xəstələr vaxtında check-up müayinəsindən və kolonoskopik müayinədən keçərlərsə, şişin erkən fazalarında bunu aşkarlaya bilsək, öz sağlamlıqlarına qovuşurlar. Dünya təcrübəsi də bunu deyir. Son illərdə düz bağırsağın bədxassəli törəmələrində “gözlə və izlə” prinsipi geniş yer alır. Düz bağırsağın bədxassəli törəmələrində cərrahi müdaxilə olmadan sadəcə radioterapiya verməklə xəstəni nəzarətdə saxlamaqla müalicə etmək mümkündür.
- Seminarda ən çox verilən suallar, təbii ki, “Yoğun və düz bağırsağın bədxassəli törəmələrində doğru cərrahi müdaxilə nədir?”, “Biz necə edirik, onlar necə edir?” sualları idi. Bu, bir təcrübə mübadiləsi idi. Elə seminarın keçirilməsində də məqsəd qarşılıqlı fikir mübadiləsi, bilik mübadiləsi, təcrübə mübadiləsi idi. Hal-hazırda kolorektal cərrahiyyədə kəskin qoyulan məsələlərdən biri də xəstənin cərrahi əməliyyatdan sonrakı dövrdə onun tam sağalması, şəfa tapmasıdır. Bütün bunlar xəstəyə keyfiyyətli müalicə, doğru diaqnostika, keyfiyyətli və doğru seçilmiş cərrahi müdaxilə və xəstəyə əməliyyatdan sonra planlı şəkildə təqib müayinəsidir. Yəni bunlar çox önəmli olduğuna görə biz seminarda bu məsələləri geniş işıqlandırdıq.
- Siz Avropa Kolorektal Cərrahiyyə dərnəyinin üzvü kimi Azərbaycanda hansı işləri görürsünüz?
- Mən Avropa Kolorektal Cərrahiyyə dərnəyinin Azərbaycan üzrə milli təmsilçisiyəm, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin elmi katibiyəm. Bu iki məsul vəzifəni eyni anda daşımaq, təbii ki, çətindir, eyni zamanda məsuliyyətlidir. Nəzərinizə çatdırım ki, bizim dərnəyimiz 5 ildir fəaliyyət göstərir. Elə həmin dövrdən mən milli təmsilçi olaraq Azərbaycanı Avropada təmsil edirəm və əsas məqsədim gənc kolorektal cərrahları bu məsələyə cəlb etməkdır. Bu illər ərzində bir neçə dəfə seminarlar təşkil etmişik. Bu yaxınlarda – may ayında belə bir toplantımız gözlənilir, məqsədim Azərbaycanı Avropada tanıtmaqdır, istəyirəm bilsinlər ki, həqiqətən, Azərbaycanda da kolorektal cərrahiyyə üzrə müəyyən istiqamətdə işlər aparılır.
Mən özəlliklə həm Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, xüsusilə də Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova həm öz adımdan, həm prof.dr. Dr.Ayhan Kuzunun adından təşəkkürümü bildirirəm. Bu dəstək olmasaydı, tədbirin proqramı elmi cəhətdən çox zəngin olsa da, biz bu seminarı yüksək səviyyədə təqdim edib, həmkarlarımıza çatdıra bilməzdik.
- Maraqlı və geniş müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



